Futbol üzrə respublika birinciliyinin final mərhələsi başa çatıb
“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol üzrə respublika birinciliyinin final mərhələsi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin futbol bölmələrinin 13-14 yaşlı perspektivli futbolçularını aşkar etmək və mərkəzin yığma komandasını formalaşdırmq olub.
Final mərhələsində zona yarışları üzrə I və II yeri tutmuş 12 komanda yarışıb.
Gərgin mübarizə şəraitində keçən final mərhələsində I yeri “Təhsil” RİM-in Gəncə filialının komandası tutub. “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin (RİOEUGFM) komandası II, Təhsil” RİM-in Sumqayıt filialının komandası isə III yerə layiq görülüb.
Qaliblər kubok və diplomlarla təltif ediliblər.
7 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
17.04.2024 - 15:05 -
Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
16.04.2024 - 17:28 -
Vətəndaş müraciətlərinin statistikası
16.04.2024 - 16:22 -
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
16.04.2024 - 11:00