• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2 nömrəli Gəncə Peşə Liseyi əsaslı təmirdən sonra istifadəyə verilib

Oktyabrın 6-da 2 nömrəli Gəncə Peşə Liseyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və şagirdlər iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əsaslı təmir olunan liseyin binasının günün tələblərinə cavab verdiyini və müasir standartlara uyğun avadanlıqlarla təchiz edildiyini bildirib.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev təhsil sahəsində aparılan islahatlardan danışıb. Gənclərin peşə təhsilinə marağının artdığını deyən Famil Mustafayev bu sahədə  keyfiyyətin yüksəldiyini və  peşə liseyinin məzunları ilə işəgötürənlər arasında əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb.

2 nömrəli Gəncə Peşə Liseyinin direktoru Şahin Məhərrəmov qeyd edib ki, liseydə 9 müxtəlif peşə üzrə kadrlar hazırlanır. 373 şagirdin təhsil aldığı müəssisədə 17 istehsalat təlimi ustası, 20 nəfər pedaqoji və yardımçı heyət fəaliyyət göstərir. Təhsil müəssisəsi 3 korpusdan, 17 sinif otağından, 5 emalatxanadan, 2 laboratoriyadan ibarətdir.

Daha sonra mərasim iştirakçıları təhsil müəssisəsi ilə yaxından tanış olublar.


7 il əvvəl