• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Turin Prosesi” ilə bağlı dialoq təşkil edilib

Oktyabrın 5-də ilk peşə-ixtisas təhsili üzrə islahatların vəziyyətinə dair “Turin Prosesi 2016-2017” siyasət dialoqu keçirilib.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin müdiri Yerun Uilyams, Avropa Təlim Fondunun Azərbaycan üzrə nümayəndəsi Marqareta Nikolovska, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Sahibkarlar Konfederasiyası, işəgötürənlər və ekspertlər iştirak ediblər.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, “Turin Prosesi” çərçivəsində keçirilən tədbirin əsas məqsədi peşə təhsili və təlimi sahəsində əməkdaşlığı möhkəmləndirmək, son iki ildə həyata keçirilən islahatlar nəticəsində əldə edilən nailiyyətlərin ayrı-ayrı ölkələr üzrə müqayisəsini apararaq çatışmazlıqları müəyyənləşdirmək və ümumi inkişaf strategiyasının formalaşmasına yardım etməkdir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin müdiri Yerun Uilyams ölkəmizdə peşə təhsili sahəsində təhlilin vacibliyini vurğulayıb, aparılan təhsil islahatlarının dəstəklənməsində Avropa İttifaqının həyata keçirəcəyi proqramların əhəmiyyətindən danışıb.

Daha sonra “Turin Prosesi”nin milli koordinatoru, Təhsil Nazirliyinin İlk peşə-ixtisas təhsili sektorunun müdiri Nigar İsmayılzadə layihə çərçivəsində son iki il ərzində peşə təhsili ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlara dair hazırlanan və milli məsləhətləşmələrə əsasən qiymətləndirmə hesabatını təqdim edib.

Keçirilmiş müzakirələr əsasında peşə təhsili və təlimlərinin daha səmərəli şəkildə aparılması və müvafiq sahənin inkişafı ilə bağlı növbəti prioritet istiqamətlər müəyyənləşdirilib.


7 il əvvəl