• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Mikayıl Cabbarovun 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı təbriki

Əziz müəllimlər, Sizi   5 oktyabr - Beynəlxalq  Müəllimlər Günü münasibətilə təbrik edirəm!

Ən böyük missiyası şəxsiyyət  yetişdirmək olan müəllim peşəsindən  cəmiyyətin  hər zaman üstün gözləntisi olub. Təhsilin keyfiyyəti müəllimin səviyyəsinə bağlıdır.

 XXI əsrin tələbləri baxımından Azərbaycan Respublikası vətəndaşı peşəkar keyfiyyətlərə malik müəllim amilindən  bilavasitə asılıdır. Ona görə də müəllim hazırlığı və peşəkar inkişafı, işə qəbul prosesində qarşıya qoyduğumuz  əsas məqsəd şəffaflığın qorunmasını və keyfiyyəti təmin etməkdir.

Əziz müəllimlər! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının 311 nömrəli tam orta  məktəbində  çıxışı zamanı irəli sürdüyü  proqram əsaslı müddəalar - milli-mənəvi ruhda təhsil, vətəndaş tərbiyəsi və peşəkar olmağın önəmi ilə bağlı idi. Bu, təhsildə dəyərlər anlayışının ali səviyyədə bəyanı idi. Biz də bu ideyaya əsaslanaraq təhsildə dəyərlər anlayışını fəaliyyətimizin yol xəritəsinə çevirməliyik.

Təhsil inkişafın ön cəbhəsidir. Bir çox hallarda haqqında xəyali danışdığımız gələcək gözlədiyimizdən daha tez baş verir. Bu prosesə hazırlıq təhsildən başlayır və ailə ilə bərabər, müəllimlərin timsalında gerçəkləşir. Dövrün çağırışı budur ki, biz təhsilalanı gələcəyə hansı səviyyədə hazırlaya bilirik?

Müdrik kəlamda deyildiyi kimi, “Hər şey yoldan başlayır...”. Bu yolla hara gedirsən və məqsədin nədir? Müəllim bizə bu yolun başlanğıcını və məramını göstərən şəxsdir. Gələcəyin insanı bu məramla yetişir.

Əziz müəllimlər! Bir daha sizə fədakar əməyinizə görə təşəkkür edir, şərəfli işinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!


7 il əvvəl