• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Futbol üzrə respublika birinciliyinin zona mərhələsi başa çatıb

 “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol üzrə respublika birinciliyinin zona yarışları keçirilib.  Yarış 2003-2004-cü il təvəllüdlü məktəblilər arasında təşkil olunub.

 Yarışın keçirilməsində əsas məqsəd Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin futbol bölmələrinin perspektivli futbolçularının aşkar olunması və mərkəzin qeyd olunan təvəllüd üzrə yığma komandasının müəyyən edilməsindən ibarətdir.

Zona yarışları Bakı, Sumqayıt, Lənkəran və Gəncə şəhərlərində, Qax və Bərdə rayonlarında təşkil edilib.

Maraqlı mübarizə şəraitində keçən yarışda Bakı zonası üzrə “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin  (RİOEUGFM) və “Təhsil” RİM-nin İOEUGFM-nin komandaları, Sumqayıt zonası üzrə “Təhsil” RİM-nin Sumqayıt filialının, Sumqayıt 1 nömrəli UGİM-nin komandaları, Lənkəran zonası üzrə Lənkəran UGİM-nin, Astara UGİM-nin komandaları, Gəncə zonası üzrə  “Təhsil” RİM-nin  Gəncə filialının, Tovuz UGİM-nin komandaları, Qax zonası üzrə Qax UGİM-nin, Ağsu UGİM-nin komandaları, Bərdə zonası üzrə isə Bərdə UGİM-nin və Ağdam UGİM-nin komandaları final mərhələsinə vəsiqə qazanıblar.

Final mərhələsi 4-10 oktyabr 2016-cı il tarixlərində Lənkəran şəhərində keçiriləcəkdir.


7 il əvvəl