• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili üzrə yeni layihənin təqdimat mərasimi

Sentyabrın 22-də Təhsil Nazirliyi və “British Petroleum”un təşkilatçılığı ilə “Kənd təsərrüfatı peşə təhsili üçün kurikulumların hazırlanması” Layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Krofts, BP şirkətinin regional prezidenti Qordon Birrell, Britaniya Şurasının (British Council) ölkə direktoru Elizabet Vayt iştirak ediblər.

Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabətlilik qabiliyyətinin artırmasını zəruri edir: “İxracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək və insan kapitalından səmərəli istifadə olunması kimi prioritetlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qarşımıza məqsəd kimi qoyulub. Bu prioritetlərdən çıxış edərək, iqtisadiyyatın ixtisaslı kadrlara olan tələbatının ödənilməsi və müasir iqtisadi çağırışlara çevik reaksiya verə biləcək peşə-ixtisas təhsili sisteminin formalaşdırılması Təhsil Nazirliyinin qarşısında duran əsas çağırışlardan biridir”.

Nazir qeyd edib ki, ilk peşə-ixtisas təhsilinin inkişafı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas istiqamətlərindən biri kimi təsbit olunub. Ölkə Prezidentinin bu sahəyə diqqətinin nəticəsidir ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması, ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

Təhsil naziri ötən həftə Prezident İlham Əliyevin iştirakı ilə açılmış IT STEP akademiyasının ölkəmizdə əmək bazarının tələbləri və dövlət-özəl tərəfdaşlıq mexanizmi üzərində qurulmuş ilk peşə-ixtisas təhsili ocağı olduğunu bildirib. İlk peşə-ixtisas təhsilinin inkişafı ilə bağlı dünya təcrübəsinə toxunan nazir ölkəmizin əmək bazarındakı məşğul əhalinin 36 faizini təşkil edən işçi qüvvəsinə ünvanlanmış yeni layihənin ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olan kənd təsərrüfatının tərəqqisinə töhfə verəcəyinə ümidvar olduğunu söyləyib.

Sonra çıxış edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Krofts, BP şirkətinin regional prezidenti Qordon Birrell, Britaniya Şurasının (British Counsil) ölkə direktoru Elizabet Vayt yeni layihənin insan kapitalının inkişaf etdirilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması üçün vacib olduğunu bildiriblər.

 


7 il əvvəl