• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbəhazırlıq qruplarında tədrisin təşkilinə dair sual-cavab

Sual: Məktəbəhazırlıq qruplarında məşğələlər nə vaxt başlanacaq?

Cavab: Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın oktyabrın 1-də başlanacaq və mayın 31-də başa çatacaq. Bununla belə, 2016-cı ildə oktyabr ayının 1-i şənbə gününə təsadüf etdiyindən bu il məşğələlər oktyabrın 3-dən başlanacaq.

 

Sual: Məktəbəhazırlıq qruplarında məşğələlər ödənişli olacaq?

Cavab: Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına aparılacaq.

 

Sual: Məktəbəhazırlıq qrupları bütün şəhər və rayonlarda fəaliyyət göstərəcək?

Cavab: Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.

 

Sual: Məktəbəhazırlıq qruplarına neçə yaşlı uşaqlar cəlb ediləcək?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Bununla belə, valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, yaradılmış qrupların sayını artırmamaq şərti ilə uşaq sayı norması imkan verdiyi halda, 2010-cu ildə anadan olmuş, lakin məktəb yaşına çatmamış uşaqların da valideyninin arzusuna görə, məktəbəhazırlıq qruplarına cəlbi yerli təhsili idarəetmə orqanlarına tövsiyə edilib.

 

Sual: Məktəbəhazırlıq qruplarında hansı müəllimlər dərs deyəcək?

Cavab: Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılacaq.

 

Sual: Məktəbəhazırlıq qruplarında ümumilikdə neçə müəllim dərs deyəcək?

Cavab: Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin sayı qrupların sayına müvafiq olaraq müəyyən ediləcək.

 

Sual: Məktəbəhazırlıq qruplarında həftədə neçə saat dərs keçiriləcək?

Cavab: Məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planına əsasən, məktəbəhazırlıq məşğələlərində həftədə 12 saat tədris aparılması nəzərdə tutulub.

 

Sual: Məktəbəhazırlıq qruplarında hansı dərs məşğələləri tədris olunacaq?

Cavab: Məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi və Fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək.

 

Sual: Bir məktəbəhazırlıq qrupunda neçə uşaq olacaq?

Cavab: Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdiriləcək:

- qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

- şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.

- Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

 

Sual: Məktəbəhazırlıq məşğələləri həftədə neçə gün olacaq?

Cavab: Məktəbəhazırlıq məşğələləri həftədə 4 (dörd) gün keçiləcək.

 

Sual: Məktəbəhazırlıq məşğələləri gündə neçə saat olacaq?

Cavab: Məktəbəhazırlıq qruplarında bir gün ərzində 3 (üç) məşğələ tədris olunacaq.

 

Sual: Bir məşğələnin müddəti neçə dəqiqə müəyyən olunub?

Cavab: Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib.

 

Sual: Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları veriləcəkmi?

Cavab: Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.

 

Sual: Məktəbəhazırlıq qruplarında uşaqlara qiymət yazılacaqmı?

Cavab: Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd ediləcək, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndiriləcək və bu barədə valideynlərə məlumat veriləcək.

 

Sual: Məktəbəhazırlıq qruplarında tədris ilinin təşkili necə müəyyənləşdirilib və tətillər olacaqmı?

Cavab: Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək:

- I yarımil: 1 oktyabr-26 yanvar;

- II yarımil: 1 fevral-31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunub:

- 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar);

- 5 gün əlavə tətil (1-5 may).


7 il əvvəl