"Direktorlar klubu"nun təqdimatı keçiriləcək
Sentyabrın 28-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda "Direktorlar klubu"nun təqdimat seminarı keçiriləcək.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən reallaşdırılan "Direktorlar klubu" layihəsi məktəb rəhbərlərinin davamlı peşəkar inkişafı, məktəb direktorlarına yeni məlumatların çatdırılması, peşəkar məsləhətlərin verilməsi, təlim və seminarların keçirilməsi, ölkədə və dünyadakı qabaqcıl təcrübənin öyrənilməsi və ötürülməsi məqsədlərinə xidmət edir.
"Direktorlar klubu"nun təqdimat seminarında iştirak etmək istəyən şəxslər qeydiyyatdan (http://bit.ly/2d7AQ2E) keçə bilərlər. Seminara dəvət məktubu müraciət etmiş direktorların elektron poçt ünvanına göndəriləcək.
7 il əvvəl
Digər xəbərlər
-
”Məktəblilərin respublika çempionatı” na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00 -
Tələbələr arasında voleybol üzrə çempionat keçirilib
22.04.2024 - 14:14 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00