• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bir” Könüllülük Akademiyası uğurla yekunlaşıb

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı çərçivəsində tələbələr üçün Şəki şəhərində təşkil olunmuş “Bir” Könüllülük Akademiyası uğurla başa çatıb.

Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Mingəçevir şəhərlərində fəaliyyət göstərən 18 ali təhsil müəssisəsindən seçilmiş 60 nəfər tələbə-könüllü Akademiyada iştirak edib, yeni bilik və bacarıqlar qazanıblar.

Akademiyanın bağlanış mərasimində “Bir” Tələbə-Könüllü Proqramının koordinatoru Tural Abdullazadə və Şəki şəhər Təhsil şöbəsinin müdiri Südabər İsmayılova “BİR” Könüllülük Akademiyasının birinci buraxılışı olan tələbə-könüllüləri təbrik edib və gələcək könüllülük fəaliyyətində onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, “BİR” Könüllülük Akademiyasının keçirilməsində əsas məqsəd tələbələr arasında könüllülük fəlsəfəsi və dəyərlərinin təbliği, könüllülük standartlarının tətbiqi və lider könüllülərin yetişdirilməsindən ibarətdir.

Akademiya iştirakçıları peşəkar təlimçilər tərəfindən təqdim olunmuş “Azərbaycan menecmenti”, “Karyera inkişafı”, “Ünsiyyət bacarıqları”, “Təqdimat bacarıqları”, “PR–SMM, İnternet Kommunikasiya”, “Layihə İdarəetməsi” kimi təlimlərə cəlb olunublar. Bundan əlavə, mədəni-idman proqramı çərçivəsində tələbələr intellektual Breyn-rinq və xüsusi olaraq təşkil olunmuş “Code Tusi” adlı məntiqi-intellektual komanda oyunlarında iştirak ediblər.

Akademiyanın sonunda iştirakçılara sertifikat və şəhadətnamə verilib.

“BİR” Könüllülük Akademiyasını uğurla başa vuran tələbə-könüllülər bundan sonra təhsil aldıqları ali təhsil müəssisələrində “Bir” Tələbə-Könüllü Proqramının koordinatoru qismində fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “BİR” Tələbə-Könüllü Proqramı tələbələrin könüllü fəaliyyətə stimullaşdırılması məqsədilə mütamadi olaraq müxtəlif layihələr həyata keçirir. Tələbələrin asudə vaxtının səmərəli təşkilini, müxtəlif tədbir və təlimlərdə iştirakını təmin edən, yardıma ehtiyac duyan şəxslərə köməklik göstərilməsində fəal olan bu Proqram 6 müxtəlif istiqamətdə (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et, Zövq Al) fəaliyyət göstərir. “BİR” Tələbə-Könüllü Proqramı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində fəaliyyət göstərən 18 ali təhsil müəssisəsini əhatə etməklə, tələbə-könüllülərlə işin sistemləşdirilməsi və tələbə-könüllülərin dövlət əhəmiyyətli tədbirlərdə iştirakını təmin etmək məqsədi ilə fəaliyyət göstərən uzunmüddətli proqramdır. İndiyə qədər “BİR” Tələbə-Könüllü Proqramının təmsilçiləri 35-dən artıq irimiqyaslı tədbirdə könüllülük fəaliyyəti göstəriblər.


7 il əvvəl