14.09.2016

Məktəb rəhbərlərinin Quba “Yay məktəbi” başa çatıb

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkilatçılığı ilə Təhsil Nazirliyi tərəfindən son iki ildə məktəb rəhbərliyinə təyinat almış direktorlar üçün Qubada keçirilən “Yay məktəbi” başa çatıb.

Sentyabrın 5-dən 11-nə qədər davam edən “Yay məktəbi”ndə iştirakçılar müxtəlif təlim və seminarlarda iştirak edib, mühazirələr dinləyiblər.

"Yay məktəbi"nin iştirakçıları üçün özünü təqdimetmə, ünsiyyət bacarıqları, komanda quruculuğu, məktəb münaqişələri və onların həlli, məktəb mühitinin formalaşdırılması, səriştə əsaslı təhsil, məktəbdə sosial layihələr, məktəbdə təhsil keyfiyyətinin təminatı, müəllimin dərs fəaliyyətinin qiymətləndirilməsi, məktəb sənədləri və hesabatlılıq, məktəb qrant layihələrinin idarəçiliyi mövzularında təlimlər keçirilib.

Bundan əlavə müxtəlif mövzular üzrə dəvət olunan qonaq spikerlər tərəfindən müzakirələr aparılıb, praktiki məşğələlər keçirilib.

“Yay məktəbi” çərçivəsində iştirakçılar Quba Soyqırımı Memorial Kompleksini  ziyarət ediblər.

Təlimin sonunda iştirakçılara sertifikat verilib.


Açar sözlər: