09.09.2016

Təhsil naziri Almaniya Federativ Respublikasının səfirini qəbul edib

Sentyabrın 9-da təhsil naziri Mikayıl Cabbarov Almaniya Federativ  Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib.

Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.


Açar sözlər: