• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 16-da təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Fevralın 16-da təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Misir Mərdanov qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edib və hər iki ölkə arasındakı dostluq münasibətlərindən söz açıb. Nazir bildirib ki, dövlət başçılarımızın səmimi münasibətləri və dostluğu xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına səbəb olub. Azərbaycanla Türkiyənin təhsil əlaqələrinin müsbət istiqamətdə inkişafını xüsusi vurğulayan nazir son illər iki ölkə arasında tələbə mübadiləsinin artığını diqqətə çatdırıb. Nazir, həmçinin “Çağ” Öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə özəl liseylərinin, “Qafqaz” Universitetinin işindən razı qaldığını qeyd edib, eləcə də təhsil əlaqələrinin genişləndirilməsində Türkiyənin ölkəmizdəki səfiri Hüseyn Avni Qarslıoğlunun xidmətlərini xüsusi qeyd edib. Sonra Misir Mərdanov onu da əlavə edib ki, bu gün Türkiyə ilə Azərbaycan arasında ortaq dərsliklərin yaradılmasına ehtiyac vardır. Türkiyə Böyük Millət Məclisinin təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mehmet Sağlam nazirə səmimi qarşılandıqları üçün təşəkkür edib.M.Sağlam ölkələrarası dostluq və qardaşlıq əlaqələrindən söz açaraq təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin labüdlüyünü bildirib. Qonaq dövlətimizin başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğısını yüksək dəyərləndirərək Azərbaycan təhsilinin inkişafı istiqamətində görülən işlərdən məlumatı olduğunu açıqlayıb. Görüşdə Türkiyə Təhsil Nazirliyinin şöbə müdiri Həsən Kaplan, kültür və mədəniyyət nazirinin müavini İsmət Yılmaz, bu ölkənin tanınmış iş adamları, habelə Türkiyənin ölkəmizdəki səfirinin təhsil məsələləri üzrə müavini Səlahəddin Dikmən də iştirak edib.


8 il əvvəl