• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İlk peşə-ixtisas təhsili müəssisələrinə ixtisaslar üzrə yerləşdirilmə başa çatıb

Sentyabrın 6-da “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi prosesi başa çatıb.

Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi 11 avqust–6 sentyabr 2016-cı il tarixlərində pilot olaraq, Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb.

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə 1848 nəfər müraciət edib. Onlardan 1042 nəfəri ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda qeyd olunan sənədləri 7–12 sentyabr 2016-cı il tarixlərində (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər:

1. Təhsil haqqında sənədin əsli;

2. Tibbi arayış;

3. Şəxsiyyət vəsiqəsi (surəti);

4. 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil;

5. Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);

 

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslərin siyahısı


7 il əvvəl