• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbələrin köçürülməsi ilə bağlı qeydiyyat başa çatıb

10 avqust–5 sentyabr 2016-cı il tarixlərində tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi üçün sənəd qəbulu həyata keçirilib. Artıq tələbələrin transfer.edu.az elektron portalı vasitəsilə qeydiyyatı başa çatıb.

Bu müddətdə 1061 nəfər tələbə portala müraciət edib. Onlardan 239 nəfəri köçürülmək istədikləri universitetləri seçərək, sorğularını təsdiqləyib. 51 tələbə sorğusundan imtina edib. 188 tələbənin 108-i yerli ali təhsil müəssisələrindən, 80-i isə xarici ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib.

Qeyd edək ki, təhsil nazirinin “Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesinin elektronlaşdırılması barədə” əmrinə əsasən, bu il ilk dəfə tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq, bakalavriat səviyyəsində təhsilalanların bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin transfer.edu.az elektron portalı vasitəsilə həyata keçirilməyə başlanıb.


7 il əvvəl