31.08.2016

Tələbələr üçün “Bir” Könüllülük Akademiyası

“Bir” Tələbə-Könüllü Proqramı çərçivəsində 2-7 sentyabr tarixlərində Şəki şəhərində tələbələr üçün “Bir” Könüllülük Akademiyası təşkil olunacaq.

Akademiya tələbələr arasında könüllülük fəlsəfəsi və dəyərlərinin təbliği, könüllülük standartlarının tətbiqi və lider könüllülərin yetişdirilməsi məqsədilə keçiriləcək. Tədbirdə Bakı, Sumqayıt, Gəncə, Şəki və Lənkəran şəhərlərində fəaliyyət göstərən 18 ali təhsil müəssisəsindən ilkin müsahibə və xüsusi məntiq testi nəticəsində seçilmiş 60 nəfər tələbə iştirak edəcək.

Akademiyanın proqramı təlim-tədris və mədəni-idman proqramı olmaqla, iki hissədən ibarət olacaq.


Açar sözlər: ,