• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 20-də Təhsil Nazirliyində Uşaq-Gənclər İdman və Şahmat məktəbləri arasında “İlin ən yaxşı idman və şahmat məktəbi”, “İlin ən yaxşı idmançısı” və “İlin ən yaxşı məşqçi-müəllimi” nominasiyaları üzrə Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Fevralın 20-də Təhsil Nazirliyində Uşaq-Gənclər İdman və Şahmat məktəbləri arasında “İlin ən yaxşı idman və şahmat məktəbi”, “İlin ən yaxşı idmançısı” və “İlin ən yaxşı məşqçi-müəllimi” nominasiyaları üzrə Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Misir Mərdanov son illər ölkəmizdə idmanın inkişafı və müvafiq sahəyə dövlətimizin başçısı tərəfindən göstərilən diqqət barədə danışaraq bu müsabiqələrin ölkəmizdə idmana marağın daha da artmasına əlverişli şərait yaratdığını bildirib. Nazir məlumat verib ki, hazırda Təhsil Nazirliyi sistemində 157 idman məktəbi fəaliyyət göstərir. Onlardan 84-ü Uşaq-Gənclər İdman Məktəbi, 61-i Uşaq-Gənclər Şahmat Məktəbi, 9-u İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 3-ü isə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbidir.
Mərasimdə o da məlum olub ki, 2007-ci ildə beynəlxalq yarışlarda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman və Şahmat məktəbləri tərəfindən 43 medal qazanılıb. Onlarda 15-i qızıl, 14-ü gümüş və 14-ü isə bürünc medaldır.
Sonra nazir “İlin ən yaxşı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”, “İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi”, “İlin ən yaxşı Uşaq-Gənclər Şahmat Məktəbi”, “İlin ən yaxşı şahmatçısı”, “İlin ən yaxşı idmançısı” və “İlin ən yaxşı məşqçi-müəllimi” nominasiyaları üzrə qalibləri mükafatlandırıb, onları qazandıqları uğur münasibətilə təbrik edib.
Tədbirdə “Təhsil” Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov fəaliyyətində qazandığı uğurlara görə və 55 yaşının tamam olması münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Mərasimdə iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmanın yüksək sürətlə inkişaf etməsindən söz açaraq bildirib ki, bu gün idmançılarımız ölkəmizi dünya və beynəlxalq olimpiadalarda layiqincə təmsil edirlər. İ.İsmayılov bu sahədə Təhsil Nazirliyi ilə birgə əməkdaşlığın zəruriliyini də qeyd edib.
Sonda yüksək nailiyyətləri ilə fərqlənən idman məktəblərinin adları da qeyd olunub.


8 il əvvəl