• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Sərhədlərimizin keşiyində” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dövlət Sərhəd Xidmətində Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 97-ci ildönümünə həsr edilmiş “Sərhədlərimizin keşiyində” yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Təhsil Nazirliyi, Mətbuat Şurası, Azərbaycan Yazıçılar BirliyiAzərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə 1000 nəfərdən çox yaradıcı insan - peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, ümumi təhsil məktəblərinin şagirdləri iştirak edib.

Müsabiqə iştirakçıları tərəfindən təqdim olunan çoxsaylı əsərlərin sırasından 20 şer, 23 hekayə, 51 qəzet məqaləsi, 23 rəsm əsəri və 65 inşa yazısı seçilərək müsabiqənin finalına buraxılıb. Bu mərhələdə peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin finalçıları arasından qaliblər müəyyən edilib.

Tədbirdə çıxış edənlər sərhədçilərin fədakar xidmətlərinin təbliğində, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, dövlət sərhədinə, sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanmasında müsabiqənin böyük əhəmiyyətə malik olduğunu  vurğulayıblar.

Sonda müsabiqə qaliblərinə diplom və pul mükafatı təqdim olunub, müsabiqədə yer tutmuş təsviri sənət nümunələri nümayiş etdirilib.                                           


7 il əvvəl