13.08.2016

SABAH-ın memarları üçün yay məktəbi keçirilib

 

SABAH qruplarında memarlıq ixtisası üzrə təhsil alan tələbələr yay tətilini olduqca səmərəli keçirmək imkanı əldə ediblər.

Xaricdə təhsil üzrə Dövlət Proqramı vasitəsilə İspaniyada "İnstituto de Empresa"da təhsil alan Ucal Qorçu öz təşəbbüsü ilə SABAH tələbələrinə memarlıq sahəsində 4 həftəlik interaktiv təlim keçib. Xızı rayonunda təşkil edilmiş təlimdə tələbələr öncə landşaftla tanış olub, sonra isə layihələrini gerçəkləşdirmək üçün nəzərdə tutduqları məkan haqqında material toplayıblar. Həmçinin, tələbələr yekunda təqdim edəcəkləri layihələrin real və virtual maketlərini hazırlayıblar. Yay məktəbinin son-təqdimat günündə tələbələr hazırladıqları layihələri münsiflər heyətinə təqdim ediblər.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali təhsil müəssisəsində həyata keçirilən və tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH  qrupları layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.


Açar sözlər: ,  ,