• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 21-də “Park İNN-Azərbaycan” otelində “Elektron məktəb və təhsilin elektron idarə edilməsi” mövzusunda pilot layihənin təqdimatına həsr olunmuş konfrans keçirilib.

Fevralın 21-də “Park İNN-Azərbaycan” otelində “Elektron məktəb və təhsilin elektron idarə edilməsi” mövzusunda pilot layihənin təqdimatına həsr olunmuş konfrans keçirilib.
“Ultra” şirkətinin prezidenti Tahir Mirkişili konfransda iştirak edən təhsil, rabitə və informasiya texnologiyaları nazirlərini, millət vəkillərini səfirliklərin, layihəni həyata keçiriən beynəlxalq təşkilatların nümayəndələrini, və digər ölkələrdən gəlmiş qonaqları salamlayaraq tədbiri açıq elan edib. T.Mirkişili tədbir iştirakçılarına layihə barədə qısa məlumat verərək bildirib ki, ötən ilin avqustunda təhsil naziri Misir Mərdanovla görüşdən sonra Təhsil Nazirliyi, “Ultra”, eləcə də “SİVECO”, “Microsoft”, “HP” və “İntel” şirkətlərindən ibarət beynəlxalq konsorsium ölkəmizin 2 qabaqcıl orta məktəbində uğurlu pilot layihə həyata keçirməyə başlayıb.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov müasir dövrdə dünyanın bütün ölkələrində təhsilin inkişafının İKT-nin tətbiqi səviyyəsi ilə müəyyən edilməsinin danılmaz həqiqət olduğunu bildirib. Ölkəmizdə bununla bağlı dövlətimizin başçısı cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı proqramı” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verən nazir bu işlərin davamı olaraq 2008-2012-ci illəri əhatə edəcək yeni proqramın hazırlandığını qeyd edib. Sonra Misir Mərdanov qeyd olunan layihənin həyata keçirildiyi Bakı Avropa liseyi və 23 saylı orta məktəbdə görülən işlərlə tanış olduğunu, nəticədən razı qaldığını bildirib.
Konfransda rabitə və informasiya texnologiyalar naziri Əli Abbasov ölkədə aparılan uğurlu İKT siyasətindən, Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova “Elektron məktəb” təcrübəsindən söz açıblar.
Tədbirdə, həmçinin “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələrinin biznesin inkişafı üzrə direktoru Cim Levi, “İntel” korporasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi Emin Axundov, “SİVECO” şirkətinin beynəlxalq satış direktoru Florin Ciolacu və digər şəxslər İKT-nin təhsil sistemində tətbiqi ilə bağlı ayrı -ayrı məsələlər barədə çıxış ediblər.
Tədbirdə təhsil naziri Misir Mərdanov Bakı Avropa liseyi, 23 saylı orta məktəbin layihədə fəal iştirak edən 2 müəllimini kompüterlə mükafatlandırıb və İKT-nin tətbiqi sahəsində fərqlənən ən yaxşı 50 informatika müəlliminə mükafat veriilməsi təşəbbüsünü irəli sürüb.
Plenar iclasdan sonra konfrans zalında virtual sinif otağı nümayiş etdirilib.


8 il əvvəl