• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH tələbələri Londonda keçirilən yay məktəbində iştirak edib

 

SABAH tələbələri 31 iyul–7 avqust tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən yay məktəbində iştirak edib.

700-dən çox tələbə arasından yüksək akademik göstəricilərinə və müsahibə nəticələrinə əsasən, 10 nəfər SABAH tələbəsi seçilib. Müxtəlif baza ali təhsil müəssisələrindən olan tələbələr Londonda intensiv ingilis dili kursunda iştirak etməklə, dil biliklərini, eyni zamanda dünyagörüşlərini inkişaf etdirmək imkanı əldə ediblər.

İkinci ildir keçirilən yay məktəbində SABAH tələbələri dünyanın bir sıra ölkələrindən olan tələbə və müəllimlərlə tanış olub, ünsiyyət və danışıq klubunda iştirak ediblər. Kursun sonunda tələbələrə sertifikatlar təqdim olunub.

Asudə vaxtlarında SABAH tələbələri Britaniya Muzeyi, Viktoriya və Albert muzeyi, Elm muzeyi, Təbiət tarixi muzeyi, Müqəddəs Pol kilsəsi, Parlament binası, Biq Ben qülləsi, Bukinqem sarayı, Hayd park, Müqəddəs Ceyms parkı, Recent parkı, Kiçik Venesiya, həmçinin Oksford şəhəri və Oksford Universitetinin “Christ Church” kampusunu və digər tarixi-mədəni yerləri görmək imkanı əldə ediblər.

Proqramın məqsədi əmək bazarının artan tələblərinə müvafiq olaraq, SABAH tələbələrinin ingilis dili bacarıqlarını əyani mühitdə inkişaf etdirmək və onların şəxsi inkişafına dəstək verməkdən ibarətdir.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali təhsil müəssisəsində həyata keçirilən və tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH qrupları layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.


7 il əvvəl