• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Prezident İlham Əliyev İtaliyanın təhsil, universitetlər və tədqiqat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı İtaliyanın təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannininin ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə çox yaxşı münasibətlərin olduğunu vurğulayan Prezident İlham Əliyev təhsil sahəsində də güclü tərəfdaşlıq əlaqələrinin yaradılacağına əminliyini ifadə etdi. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında qəbul olunmuş Birgə Bəyannamənin rolunu qeyd etdi. Azərbaycanlı tələbələrin İtaliyada təhsil almalarının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bunu ölkələrimiz arasında dostluğun yaxşı nümunəsi kimi dəyərləndirdi.

İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannini ölkəsinin Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu dedi. Azərbaycanlı tələbələrin İtaliyada təhsilinə toxunan qonaq tələbələrin sayının getdikcə artmasının əhəmiyyətini qeyd etdi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birinci Avropa Oyunlarının Romada təqdimatı zamanı görüşdüyünü məmnunluqla vurğulayan xanım Stefania Giannini görüş zamanı mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr apardıqlarını dedi. İtaliyalı nazir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada, Vatikanda əhəmiyyətli layihələr həyata keçirməsinin önəmini də vurğuladı.

 

AZƏRTAC

 


7 il əvvəl