• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müsabiqə qalibləri mükafatlandırılıb

İyunun 23-də Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzində  Silahlı Qüvvələr Gününə həsr olunmuş “Yaşasın Qüdrətli Azərbaycan Ordusu!” adlı müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Müdafiə Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının əməkdaşları iştirak ediblər.

Tədbir hərbi məktəb orkestrinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə qeyd olunub ki, müsabiqənin keçirilməsinin məqsədi uşaq və yeniyetmələrdə milli vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, hərbi texnika, müasir silah və sursatlar haqqında təsviri sənət vasitəsilə uşaqların maarifləndirilməsidir.

Çıxış edənlər sərginin tədbir iştirakçılarında xoş təəssürat yaratdığını bildirib, müsabiqənin yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda yetişməsində rolundan danışıblar. 

Müsabiqəyə Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri tərəfindən 263 əsər təqdim edilib.

Müsabiqə üç yaş qrupu üzrə qiymətləndirilib. 6-8, 9-12 və 15-18 yaşlı uşaq və gənclər arasında keçirilən müsabiqədə ümumilikdə, 12 qalib iş seçilib. 10 nəfərə isə həvəsləndirici mükafat verilib. Qaliblər hədiyyələr və diplomlarla təltif olunublar.

Tədbirin bədii hissəsində Yaradıcılıq Mərkəzinin dərnək üzvləri və  Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri çıxış ediblər.


7 il əvvəl