• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbə-könüllülər “Formula 1” Avropa Qran Prisinə dəstək olub

Bakıda keçirilmiş “Formula 1” Avropa Qran Prisinin təşkilinə 42 ali təhsil müəssisəsi və 28 kolleci təmsil edən 3500-dən artıq tələbə-könüllü cəlb olunub.

Tələbə-könüllülər arasında “Formula 1” Avropa Qran Prisi haqqında təbliğat aparmaq məqsədilə Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı tərəfindən fevral-mart aylarında ali təhsil müəssisələrində keçirilmiş təqdimatlar zamanı 11 000 tələbə məlumatlandırılıb. Nəticədə, könüllü olmaq hüququ qazanmış tələbələr üç günlük yarış zamanı müxtəlif vəzifələrdə çalışaraq, dünyanın ən mötəbər idman növlərindən biri olan “Formula 1”in təşkilində beynəlxalq təcrübə qazanıb, oyunun qaydalarını öyrənib, xarici mütəxəssislərlə bir komandada işləyiblər. Yarış zamanı könüllülər mütəmadi olaraq turistlər, xarici mütəxəssislərlə ünsiyyətdə olub, onlara ölkəmizin tarixi, təbiəti, beynəlxalq tədbirlərin təşkilindəki təcrübəsi və görməli yerləri haqqında məlumat veriblər. Tələbə-könüllülər komanda şəklində fəaliyyət göstərərək unudulmaz anlar yaşayıb və məşhur “Formula 1” pilotları ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Qeyd edək ki, martın 7-də Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı arasında könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu imzalayan gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarov “Formula 1” Avropa Qran Prisi çərçivəsində könüllülük fəaliyyəti ilə əlaqədar birgə səy göstərməyin vacibliyi barədə razılıqlarını bildiriblər.

Tələbə-könüllülərin “Formula 1” yarışına yardımçı olması üçün Təhsil Nazirliyi tərəfindən hər cür şərait yaradılıb, ali təhsil müəssisəsi və kolleclərdə yarış müddətinə düşən imtahanların vaxtı dəyişdirilib. Habelə, tələbə-könüllülərin yarış həyacanı ilə yaxından tanış olması və onlar arasında birlik ruhunun gücləndirilməsi məqsədilə “Bir” Tələbə-Könüllü Proqramı tərəfindən “Formula 1” təşkilat komitəsinin dəstəyi ilə aprel-may aylarında 1-ci Tələbələrarası Kartinq Çempionatı keçirilib.


7 il əvvəl