• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 illik yubileyi

İyunun 23-də “Gülüstan” sarayında Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdən öncə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbərliyi və kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə tər çiçəklər qoyublar.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, akademiklər, dünyanın müxtəlif ölkələrindən olan alimlər, ali məktəb rektorları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların təmsilçiləri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra AzMİU-nun 40 illiyik yubileyinə həsr olunmuş  film nümayiş olunub.

Yubiley mərasimini giriş sözü ilə açan AzMİU-nun rektoru Gülçöhrə Məmmədova qonaqları salamlayıb. O, yüksək dövlət təltiflərinə görə ölkə Prezidentinə rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını bildirib. Rektor ölkəmizdə 95 illik tarixə malik memarlıq və inşaat ali təhsilinin tarixindən, AzMİU-nun keçdiyi inkişaf yolundan, bu illər ərzində əldə edilən uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. AzMİU-nun yaradılmasında və inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu xatırladan rektor ulu öndərin hər zaman universitetə xüsusi diqqət və qayğı göstərdiyini bildirib. G.Məmmədova 1975-ci ildə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan ali məktəbin ötən illər ərzində zəngin inkişaf yolu keçdiyini söyləyib. Rektor bildirib ki, inkişafının yeni mərhələsini yaşayan universitetdə məhz İlham Əliyevin qayğısı və dəstəyi ilə son illərdə müasir texniki avadanlıq və ləvazimatla təchiz edilmiş tədris laboratoriyaları və mərkəzlər istifadəyə verilib.

Universitetin akademik göstəriciləri haqqında məlumat verən rektor AzMİU-nun zəngin maddi-texniki imkanlara və qabaqcıl təcrübəyə malik olduğunu bildirib: “Universitetdə 7 minə yaxın tələbənin təlim-tərbiyəsi ilə 550-yə yaxın professor-müəllim və elmi işçi məşğul olur. AzMİU-da dünyanın 14 ölkəsindən 700 əcnəbi tələbə təhsil alır. Təhsil Nazirliyinin təşəbbüsü ilə yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı kadr hazırlığı həyata keçirmək məqsədilə yaradılmış SABAH qrupları AzMİU-da da uğurla fəaliyyət göstərir”.

Baş nazirin müavini Abid Şərifov AzMİU-nun professor-müəllim heyətini yubiley münasibətilə təbrik edib, universitet kollektivinə ölkə həyatının müxtəlif sahələrinin yüksək səviyyəli mütəxəssislərlə təmin olunması yönündəki məsul və səmərəli fəaliyyətində uğurlar arzulayıb.

Təhsil naziri Mikayıl Cabbarov universitet kollektivini təbrik edib, zəngin ənənələrə malik AzMİU-nun 40 illik elmi-pedaqoji fəaliyyətindən, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Nazir Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamət və hədəflərindən bəhs edib, əldə olunan uğurların davamlı xarakter daşıdığını bildirib: “Ali təhsilin qloballaşması nəticəsində alətlər dəyişir, təhsil sisteminin real iqtisadiyyatla bağlantısı daha da artır. Müasir dünyada ali təhsil müəssisələri təkcə elm-tədris funksiyasını deyil, həm də iqtisadi artım mərkəzi rolunu oynayırlar”.

Təhsil naziri ölkə başçısının təbrikini və yubiley münasibəti ilə AzMİU əməkdaşlarının təltif olunması barədə sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb, yüksək dövlət təltiflərini təqdim edib.

Daha sonra Milli Məclisin, müxtəlif nazirliklərin nümayəndələri, AzMİU-nun tərəfdaşları olan dövlət və özəl şirkətlərin təmsilçiləri təbrik nitqi ilə çıxış edib, universitet kollektivinə xoş arzularını çatdırıblar.

Memarlıq və inşaat ali təhsilinə göstərdikləri diqqət və qayğıya görə bir sıra dövlət və özəl şirkətlər AzMİU rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub. Həmçinin, səmərəli əməkdaşlığa görə, bir sıra KİV nümayəndələri də mükafatlandırılıb.

Tədbirin sonunda AzMİU-nun kollektivi adından ölkə Prezidentinə ünvanlanmış məktub oxunub.

Tədbirin bədii hissəsində AzMİU-nun özfəaliyyət ansamblının çıxışları dinlənilib və tələbələrin ifasında maraqlı rəqs nömrələri nümayiş olunub.


7 il əvvəl