• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Uşaqlar əsgərləri təbrik edib

26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhəri Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bədii kollektivi Füzuli rayonundakı N saylı hərbi hissədə olub.

Mərkəzin rəqs qrupları əsgərlər qarşısında milli rəqslərlə çıxış ediblər.  “Gənc aktyorlar” dərnəyinin üzvləri şeirlər səsləndirib, “Mahnı teatrı” və “Vokal” dərnəyinin şagirdləri vətənpərvərlik mahnıları ifa ediblər. “Çiçəyim” uşaq teatrı üzvlərinin təqdimatında səhnəciklər nümayiş etdirilib.

Əsgərlərlə birlikdə nahar edən  uşaqlar özləri ilə gətirdikləri hədiyyələri və yazıqları məktubları əsgərlərə təqdim ediblər.


7 il əvvəl