• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH qruplarına qəbul imtahanı

SABAH qruplarına 2016-2017-ci tədris ili üçün tələbə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

1750 tələbənin iştirak etdiyi imtahan Azərbaycan Dövlət İqtisad Universiteti və 132-134 nömrəli Təhsil Kompleksində  təşkil olunub.

Tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri 50 sual olmaqla, ümumilikdə 100 sualı cavablandırıblar.

Nəticələr SABAH qruplarının rəsmi internet səhifəsində (www.sabah.edu.az) yerləşdiriləcəkdir.

İmtahanın nəticələrinə əsasən, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələr müsahibəyə buraxılacaq. Müsabiqədən uğurla keçən tələbələr təhsillərini II kursdan ixtisaslarına uyğun olaraq, SABAH qruplarının yaradıldığı baza ali təhsil müəssisələrində davam etdirəcəklər.

Qeyd edək ki, SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu may ayının 7-dən 25-dək aparılıb. Bu müddət ərzində 45 ixtisas üzrə 2229 tələbə elektron qaydada qeydiyyatdan keçib. Müraciət etmiş namizədlərdən 2067 nəfərin ərizəsi müsbət qiymətləndirilərək, imtahan mərhələsinə buraxılıb.

Xatırladaq ki, 2014-2015-ci tədris ilindən etibarən yaradılmış, hazırda 11 ali təhsil müəssisəsini və 1600-dən çox tələbəni əhatə edən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları verən SABAH layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.


7 il əvvəl