• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 13-də Təhsil Nazirliyində “British Council” təşkilatı ilə nazirliyin birgə həyata keçirdiyi layihələrə həsr olunmuş mərasim keçirilib.

Martın 13-də Təhsil Nazirliyində “British Council” təşkilatı ilə nazirliyin birgə həyata keçirdiyi layihələrə həsr olunmuş mərasim keçirilib.
Mərasimdə təhsil naziri Misir Mərdanov birgə reallaşdırılan layihələrin əhəmiyyətli rolundan danışaraq bu işdə əməyi olan “British Council”un Azərbaycan üzrə direktoru cənab Əndi Uilyamsın xüsusi xidmətlərini qeyd edib. Eyni zamanda nazir cari ilin mayından etibarən xanım Nikol de Laluvyerin həmin səlahiyyətləri icra edəcəyini açıqlayıb.
Sonra Misir Mərdanov “Azərbaycan Respublikası Təhsil Nazirliyi və “British Council” tərəfindən həyata keçirilən birgə layihələr” mövzusunda məruzə-təqdimat edib. Nazir öz təqdimatında təşkilatın ölkəmizdə 1993-cü ildən fəaliyyətə başlaması, Böyük Britaniya ilə Azərbaycan arasında qarşılıqlı və faydalı əlaqələrin qurulması istiqamətində atılan addımlar, təhsil sahəsində həyata keçirilən 15 layihənin hər biri haqqında ətraflı məlumat verib.   
Tədbirdə təhsil naziri Misir Mərdanov “British Council” təşkilatının gördüyü işləri təqdirəlayiq hal kimi dəyərləndirib və cənab Əndi Uilyamsın Böyük Britaniya-Azərbaycan təhsil əlaqələrinin inkişafındakı xidmətlərinə, müəllim hazırlığı üzrə birgə layihələrin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinə görə nazirliyin Fəxri Fərmanı ilə təltif edildiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Cənab Əndi Uilyams onun əməyinə verilən bu diqqət üçün təşəkkürünü bildirib və birgə əməkdaşlığın verdiyi töhfələrdən danışıb, habelə hər iki ölkə arasında əlaqələrin yaradılmasına çalışdıqlarını diqqətə çatdırıb.
Yeni təyin olunan direktor xanım Nikol de Laluvyer isə aparılan işin davam etdiriləcəyini, əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.


8 il əvvəl