• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilər arasında breyn-rinq yarışları keçirilib

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə “Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışları keçirilib.

Final yarışında breyn-rinqin zona mərhələsinin qalibləri - Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhər, Xaçmaz, Neftçala və İsmayıllı rayonlarının orta məktəblərinin komandaları öz biliklərini sınayıblar.

2009-cu ildən etibarən ənənəvi olaraq keçirilən breyn-rinq yarışlarının zona mərhələsi bu ilin may ayında Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Quba və İsmayıllıda ümumi təhsil müəssisələrinin şagirdləri, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvləri arasında keçirilib. 600-dən artıq məktəbli ekologiya elminin müxtəlif sahələrini əhatə edən “Ekologiyanın əsasları”, “Bioloji müxtəlifliyin qorunması”, “Ekoloji təhlükəsizlik”, “Xəzərin ekologiyası”, “Meşələrin davamlı istifadəsi və qorunması”, “Alternativ enerji mənbələri”, “Qlobal ekoloji problemlər” və digər mövzular üzrə ekoloji biliklərini nümayiş etdiriblər.

Breyn-rinqin keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji dünyagörüşün, ətraf mühitə məsuliyyətli münasibətin və ekoloji mədəniyyətin formalaşdırılmasıdır.

Bilik yarışının əsas vəzifəsi məktəblilərdə ekologiya elminə maraq və həvəs oyatmaq, ekoloji problemlərin həllində fəal həyat mövqeyi, təbiətə qayğıkeş və humanist münasibəti formalaşdırmaq, təbii ehtiyatların davamlı istifadəsinə dair bilik və bacarıqları inkişaf etdirməkdən ibarətdir.

Bilik yarışının Respublika mərhələsinin qaliblərinə təşkilatçılar tərəfindən  diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Məktəblilərin iştirakı ilə “Eko-Park”ın ərazisində bioloji müxtəlifliklə tanışlıq, yaşıl fidanların dibçəklərə əkilməsi, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya təşkil edilib.


7 il əvvəl