• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi başa çatıb

Təhsil Nazirliyinin və “Community.az”ın dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində keçirilən “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə yekun vurulub.

Aprel ayından etibarən başlanmış layihə üçün “Məktəb icmaları”nın rəsmi saytında (www.community.az) müxtəlif mövzular üzrə təlimlər çərçivəsində müəllim, valideyn və şagirdlər arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, “Atam, anam və mən: bir-birimizi necə başa düşə bilərik?” və “Uşaqlarda davranış problemləri”  adlı aktual mövzular seçilib. Həmin mövzulara uyğun olaraq, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində təlimlər keçirilib.

Təlimlərdə 2000-dən çox valideyn, şagird və müəllim iştirak edib.

Layihənin və təlimlərin əsas məqsədi valideynlərlə uşaqlar arasında effektiv ünsiyyət bacarıqlarının artırılması, aqressivlik, həyəcanlılıq, yalan danışma və digər davranış problemlərinin aradan qaldırılması, uşaqların fərdi xüsusiyyətlərindən asılı olaraq düzgün tərbiyə üsullarının və konstruktiv qarşılıqlı təsiretmə yollarının açıqlanmasıdır.

Təlimlər “Community.az” məktəb icma layihəsinin təşviq təşkilatının peşəkar psixoloqları tərəfindən keçirilib.

Qeyd edək ki, “Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyət mühitini təmin etməklə, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaratmaq, tədrisin səmərəliyini artırmaqdan ibarətdir.

Sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olan AXA MBASK belə layihələrin uşaq və gənclərin hərtərəfli dünyagörüşə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edəcəyinə ümid bəsləyir.


7 il əvvəl