“Dostluq çələngi” konsert proqramı keçirilib
İyunun 9-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Dostluq çələngi” adlı konsert proqramı keçirilib.
“Multikulturalizm ili”nə həsr olunan tədbirdə qeyd edilib ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycanda müxtəlif millətlər sülh, əmin-amanlıq, dostluq şəraitində yaşayır. Bildirilib ki, bu ənənə müxtəlif millətlərin uşaqlarının üzv olduğu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində də qarşılıqlı hörmət və dostluq çərçivəsində davam edir.
Tədbirdə “Azəri inciləri” rəqs kollektivi haqqında videoçarx nümayiş olunub. Dərnək üzvləri milli rəqslərlə yanaşı, dünya xalqlarının rəqslərini nümayiş etdiriblər.
Mərkəzin vokal dərnəyinin üzvləri mahnılar ifa edib, "Çiçəyim" uşaq teatrının təqdimatında səhnəcik nümayiş olunub.
Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində olan Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 29 adda dərnək fəaliyyət göstərir. Bu dərnəklərdə 1800-dən çox uşaq, yeniyetmə və gənc məşğul olur.
7 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30