• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Milli Ensiklopediyasının yubileyi qeyd olunub

İyunun 8-də AMEA-nın əsas binasının Dairəvi zalında “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaranmasının 50 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

AMEA, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, alim və mütəxəssislər, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Yubiley mərasimini giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açaraq milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin, mədəniyyətin formalaşmasında mühüm rol oynayan milli ensiklopediyanın inkişaf tarixindən danışıb. A.Əlizadə bildirib ki, Azərbaycanda ensiklopediya yaradıcılığının ən parlaq dövrü ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Akademik ulu öndərin ensiklopediyanın formalaşması sahəsindəki müstəsna xidmətlərini qeyd edib: “Azərbaycan Milli Ensiklopediyasının 50 illik tarixinin böyük bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərliyi dövrünə təsadüf edir. Bu mərhələdə Azərbaycan Milli Ensiklopediyasının maddi-texniki bazası formalaşıb, kadr potensialı gücləndirilib”.

Azərbaycan Milli Ensiklopediyasının inkişafında yeni mərhələnin 2004-cü ildən başlandığını deyən akademik Prezident İlham Əliyevin həmin ildə imzaladığı "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması və ensiklopediyanın nəşri ilə bağlı tarixi sərəncamları xatırladıb. Qeyd edib ki, müstəqillik dövründə Elmi Mərkəzin təşkilati strukturunun qurulması, kadr potensialının gücləndirilməsi, respublikanın bütün elmi potensialının bu işə səfərbər edilməsi sahəsində əməli addımlar atılıb.

Tədbirdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev “Ensiklopediya və maarifçilik” mövzusunda məruzə ilə çıxış edib. T.Nağıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamlara əsasən Azərbaycan Milli Ensiklopediyasının çoxcildli nəşrinə qərar verilib, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradılıb. “Elmi Mərkəzin qarşısına  dünya standartlarına cavab verən  mötəbər elmi informasiya mənbəyi yaratmaq vəzifəsi qoyulub.

Akademik Milli Ensiklopediyanın maarifçilik xüsusiyyətlərindən də danışıb: “Milli Ensiklopediyanın nəşrə başlaması Azərbaycan xalqının tarixində böyük hadisədir. Ölkənin coğrafiyası və ictimai həyatı haqqında məlumatları ilk dəfə olaraq əhatəli, dəqiq və dürüst şəkildə əks etdirən Milli Ensiklopediya, xüsusən də “Azərbaycan” xüsusi cildi maarifçilik baxımından mühüm əhəmiyyətə malikdir”.

Ölkənin təhsil ictimaiyyəti adından təbriklərini çatdıran təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Milli Ensiklopediyasının yaradılmasının 50 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinin hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan alimi və təhsil işçisi üçün əlamətdar hadisə olduğunu bildirib. Nazir qeyd edib ki, özündə böyük maarifçilik funksiyasını daşıyan milli ensiklopediya elmi nəşr olmaqla yanaşı, həm də millətin yaddaş kitabıdır. İftixarla qeyd edilməlidir ki, sovet dövründə 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının yaranmasında ümummilli lider Heydər Əliyevin, müstəqillik illərində isə 25 cildlik Azərbaycan Milli Ensiklopediyasının yaradılmasında onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin daimi qayğıları müstəsna rol oynayıb.

Təhsil naziri bildirib ki, Azərbaycan Milli Ensiklopediyasının işıq üzü görmüş cildləri mükəmməl informasiya mənbəyi kimi cəmiyyətin intellektual potensialının zənginləşdirilməsində müstəsna əhəmiyyətə malikdir. Sevindirici haldır ki, nəşr edilən cildlər ölkə Prezidentinin tapşırığı ilə ölkənin bütün təhsil müəssisələrinə dövlət hesabına paylanılıb.

Nazir cəmiyyətimizin tərəqqisini təmin edən alət və açarların elm və təhsildə axtarılmasının zəruri olduğunu söyləyib. Bu baxımdan Təhsil Nazirliyi ilə AMEA arasındakı əməkdaşlıq səviyyəsinin son illərdə yüksəlməsi və ali təhsil müəssisələrinin AMEA-nın institutları ilə əlaqələrinin dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir: “Elmin inkişafı biliklər əsasında qurulur. Biliklər isə kitablarda və ensiklopediyalarda əks olunur. Buna görə çalışmalıyıq ki, nəşr olunan dərsliklərimiz, monoqrafiya və ensiklopediyalarımız yüksək keyfiyyətli olsun. Bildiyiniz kimi, hazırda Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, ümumi təhsil pilləsində təfəkkürün inkişafını ehtiva edən yeni məzmun yaradılır. Açıq etiraf etməliyik ki, dərslik hazırlığı sahəsində kadr qıtlığı ilə üzləşmişik. Hesab edirik ki, istər AMEA, istərsə də ali məktəb alimləri təhsil proqramlarının təkmilləşdirilməsinə, müasir dərslik və digər tədris resurslarının yaradılmasına da öz töhfələrini verməlidirlər”.

Sonra tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin "Texnika, neft, mədən işləri, informatika, elektronika" redaksiyasının müdiri Gülbəniz Qocayeva çıxış edərək nəşrin Azərbaycanın müstəqil dövlət kimi inkişafını, xalqımızın həyatında baş vermiş mühüm tarixi, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən, ümumbəşəri və milli dəyərlər sisteminə əsaslanan dövlət əhəmiyyətli mötəbər elmi informasiya mənbəyi kimi mühüm rolundan danışıblar.

Tədbirdə, həmçinin Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi ilə əlaqədar "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin bir qrup əməkdaşına AMEA-nın Fəxri fərmanları təqdim edilib.


7 il əvvəl