Respublika şahmat turniri başa çatıb
Təhsil Nazirliyinin dəstəyi və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Şahmat Olimpiadasının məktəblilər arasında təbliğinə həsr edilmiş Respublika şahmat turnirinə yekun vurulub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda I yeri Quba şəhər 2 nömrəli ümumi təhsil məktəbinin, II yeri Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin, III yeri isə Ucar rayon 1 nömrəli ümumi təhsil məktəbinin komandası tutub.
Yarışın sonunda qaliblər Təhsil Nazirliyinin kubok, diplom və qiymətli hədiyyələri ilə təltif olunublar.
Turnirin məqsədi 1-14 sentyabr 2016-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasını təbliğ etmək, valideynlərin məktəb həyatında daha fəal iştirakına nail olmaq və şagirdlər arasında şahmat idman növünü yaymaqdan ibarətdir.
Cari ilin aprelindən başlanan yarışlara 4 mindən artıq ümumi təhsil məktəbindən 55 minə yaxın iştirakçı cəlb edilib. Komandaların tərkibi VIII və daha aşağı sinif şagirdi olmaqla, 1 oğlan, 1 qız idmançı, həmçinin 1 valideyn və 1 müəllimdən ibarət olub.
7 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30