• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xaçmazda 17 ölkə təmsilçilərinin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb

İyunun 2-də Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” istirahət mərkəzində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə 17 ölkənin nümayəndələrinin iştirak etdiyi beynəlxalq konfrans işə başlayıb.

“Dostluq, tolerantlıq və sülhsevər təhsil mühitinin yaradılmasında bir vasitə olan təhsilin təşviqinə töhfə vermək məqsədilə təhsil işçiləri həmkarlar ittifaqlarının potensialının artırılması” mövzusunda keçirilən konfrans iki gün davam edəcək. Beynəlxalq konfransa xarici mütəxəssislərlə yanaşı, Azərbaycanı təmsil edən 25 şəhər və rayon komitəsi sədrləri də qatılıb.

Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Kristine Blover və təşkilatın direktoru Martin Romer çıxış edərək, konfransın məhz Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqedə bu gün bir sıra münaqişə ocaqları mövcuddur və insanlar bundan əziyyət çəkir.

Kristine Blover bildirib ki, təhsildə sülhün müxtəlif ölkələrdə fərqli adları var. Azərbaycanda isə bu, multikulturalizm adlanır. “Konfransda təhsil işçilərinin şagirdlərə sülhü necə təbliğ etməsi, bunun üçün hansı bacarıqların olmasının vacibliyindən danışılacaq. Əgər məktəb vaxtında uşaqlar bir-birinə hörmət etməyi öyrənərsə, fərqli din və mədəniyyətlərin nümayəndələrinə də hörmətlə yanaşarlar”, - deyə K.Blover vurğulayıb.

Konfransda təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək, Azərbaycanın təhsil sisteminin inkişafı, bu istiqamətdə həyata keçirilən islahatlar və ölkəmizdəki tolerant mühit haqqında ətraflı məlumat verib. Bildirilib ki, təhsilin sülhə verəcəyi töhfələr gələcəkdə baş verə biləcək bir çox münaqişələrin qarşısını ala bilər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov isə çıxışında Azərbaycanın tarixi torpaqlarının uzun illərdir Ermənistan silahlı birləşmələrinin işğalı altında olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bunun nəticəsində yüz minlərlə insan doğma yurd-yuvasından didərgin düşüb. Məcburi köçkün şagirdlərin doğma yurdlarında normal təhsil almaq hüququ əlindən alınıb. Təhsildə sülhün təbliğ edilməsinin önəmindən danışan natiq Azərbaycanın həmişə sülhsevər mövqeyi ilə seçildiyini vurğulayıb.

Daha sonra bir sıra beynəlxalq ekspertlər mövzu ətrafında məruzələrlə çıxış ediblər. “Sülh universiteti: Təhsil sülh quruculuğunun əsas aləti kimi”, “Sülh qurmaq vərdişləri sosial vərdişlər kimi: Tələbə və pedaqoqlar üçün münaqişələrin həlli sahəsində təhsilin əhəmiyyəti”, “Təhsil sahəsində sülh və könüllülük təcrübəsi” və digər mövzuların müzakirəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

AZƏRTAC 


7 il əvvəl