Respublika şahmat turnirinin final mərhələsi
Mayın 31-də Təhsil Nazirliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Şahmat Olimpiadasının məktəblilər arasında təbliğinə həsr edilmiş Respublika şahmat turnirinin final mərhələsi keçirilib.
Turnirin finalında zona mərhələsi üzrə I və II yeri tutan komandalar mübarizə aparıblar.
Turnirin keçirilməsində əsas məqsəd şagirdlər arasında şahmat idman növünü daha geniş yaymaq və valideynlərin məktəb həyatında fəal iştirakını təmin etməkdən ibarətdir.
Aprel ayından başlanmış yarışlara 4000-dən artıq ümumi təhsil məktəbindən 55 000-ə yaxın iştirakçı cəlb edilib. Komandaların tərkibi VIII və daha aşağı sinif şagirdi olmaqla, 1 oğlan, 1 qız idmançı, həmçinin 1 valideyn və 1 müəllimdən ibarətdir.
7 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30