• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi və Asan Radio “ASAN məktəb” layihəsinə start verir

Layihənin məqsədi vətəndaşlara təhsildə baş verən yeniliklər barədə məlumat vermək və təhsilin bütün sahələri ilə bağlı dinləyicilərin suallarının Təhsil Nazirliyinin məsul əməkdaşları tərəfindən cavablandırılmasını təmin etməkdən ibarətdir.

“ASAN məktəb” verilişində təhsil sahəsi ilə bağlı müzakirələr aparılacaq və  dinləyiciləri maraqlandıran suallara ətraflı cavab veriləcək.

“ADA” Universitetinin təhsilin idarə edilməsi fakültəsinin dekanı Vəfa Kazdalın aparıcılığı ilə həftədə bir dəfə yayımlanacaq verilişin ilk qonağı Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev olacaq. Verilişdə Azərbaycanda dərs ilinin müddətinin uzadılması və bununla bağlı mövcud olan dünya təcrübəsindən danışılacaq.

“ASAN məktəb” proqramı  iyunun 1-də saat 15:00-da yayımlanacaq.


7 il əvvəl