31.05.2016

Məktəblilər arasında idman yarışına yekun vurulub

“Formula 1 Avropa Gran Pri” yarışlarının məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri sona çatıb.

Bakı Ağ Şəhər bulvarı ərazisində Təhsil Nazirliyinin dəstəyi, müvafiq federasiyaların tərəfdaşlığı və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 23-26 may 2016-cı il tarixlərində “Formula 1 Avropa Gran Pri” yarışlarının məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirlərinin proqramına daxil olan atletika, veloidman və basketbol idman növləri üzrə final mərhələsinin oyunları keçirilib.

Paytaxt məktəbliləri arasında keçirilən yarışda atletika idman növü üzrə I yeri 92 nömrəli, II yeri Ankara məktəb-liseyi, III yeri isə 323 nömrəli, basketbol 3x3 idman növü üzrə I yeri 169 nömrəli, II yeri 17 nömrəli, III yeri 18 nömrəli, velosiped idman növü üzrə isə I yeri 251 nömrəli, II yeri 29 nömrəli ümumi təhsil məktəblərinin, III yeri isə 132-134 nömrəli Təhsil Kompleksinin komandası tutub.

Qaliblər Təhsil Nazirliyinin kubok, diplom və qiymətli hədiyyələri ilə təltif olunub.

Qeyd edək ki, basketbol 3x3, veloidman, atletika idman növləri üzrə keçirilən kütləvi idman tədbirlərinə Bakı şəhəri üzrə 310 ümumi təhsil məktəbindən 4030 məktəbli qatılıb. Tədbirlərin keçirilməsində əsas məqsəd 2016-cı ildə Bakı şəhərində keçiriləcək “Formula 1 Avropa Gran Pri” yarışlarının məktəblilər arasında geniş təbliğ edilməsi ilə yanaşı, məktəblilərin ayrı-ayrı idman növlərinə olan marağının artırılması, onların asudə vaxtlarının səmərəli təşkili və fiziki sağlamlıqlarının qorunmasının təmin edilməsindən ibarətdir.


Açar sözlər: ,