• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Community.az portalı onlayn müsabiqələrin qaliblərini təltif edib

Məktəb icmaları üçün “Kitab Kvest-i” və “Mənim vətənim-Azərbaycan” müsabiqələrinə yekun vurulub.

Bu məqsədlə mayın 25-də Bakı şəhərindəki 18 nömrəli tam orta məktəbdə hər iki müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri, KİV nümayəndələri iştirak ediblər.

Community.az portalı tərəfindən təşkil edilən “Kitab Kvest-i” müsabiqəsinin məqsədi şagirdlərin, müəllimlərin və valideynlərin ədəbiyyata olan marağını artırmaqdır. “Mənim vətənim–Azərbaycan” müsabiqəsi isə iştirakçılara özlərini əsl foto həvəskarı kimi göstərməyə imkan yaradıb.

Tədbirdə bildirilib ki, müsabiqələrə community.az  portalında qeydiyyatdan keçən 500-dən çox  şagird, onların valideynləri və müəllimləri qoşulub.

“Kitab Kvesti” müsabiqəsinin qalibləri Bakı şəhəri 169 nömrəli tam orta məktəbin müəllimi Albina Əbubəkirova, Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin müəllimi Eleonora Kairova və Bakı şəhəri 158 nömrəli tam orta məktəbin məktəb icmasının üzvü Nailə Buxlova olub.

“Mənim vətənim-Azərbaycan” müsabiqəsinin qalibi adına isə Bakı şəhəri 46 saylı tam orta məktəbin müəllimi Güllü Əhmədova layiq görülüb.

Qaliblərə Fəxri Fərman və  müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

Müsabiqəyə “Access Bank” ASC, “Sağlam Ailə” MMC, “Standard Insurance” ASC və “Allianz Consult” şirkətləri tərəfindən dəstək verilib.

Qeyd edək ki, müsabiqələrin keçirilməsində əsas məqsəd məktəb icmalarının fəaliyyətini stimullaşdırmaq, icma üzvlərini həvəsləndirmək, müəllim, şagird və valideynlərə icma yaratmağı təşviq etməkdən ibarətdir.


7 il əvvəl