• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

«Məktəblilər üçün muzey həftəsi» başa çatıb

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, eləcə də Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi tərəfindən 18 may–Beynəlxalq Muzeylər Günü münasibətilə «Məktəblilər üçün muzey həftəsi» keçirilib.

12-18 may 2016-cı il tarixlərində Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığı ilə reallaşdırılan tədbir “Multikulturalizm ili”nə həsr edilib. «Məktəblilər üçün muzey həftəsi»nin mayın 13-də Azərbaycan Xalça Muzeyində açılış mərasimi olub.

«Məktəblilər üçün muzey həftəsi»nin məqsədi məktəbliləri muzeylərin kolleksiya fondu, ayrı-ayrı dövrlərə aid eksponatlarla tanış etmək, interaktiv ekskursiya zamanı onlara müxtəlif milli, dini, mədəni irsə mənsub millətlərə və milli-mənəvi dəyərlərə hörmətlə yanaşmağı aşılamaqdan ibarətdir.

Ötən il «Məktəblilər üçün muzey həftəsi»ndə 7000 məktəbli 15 muzeyə ekskursiyaya cəlb olunmuşdusa, məktəblilərin muzeylərə olan marağı və yüksək fəallığı nəzərə alınaraq, bu il Bakı şəhəri və regionlar üzrə 25 muzeyə  50 000-ə yaxın şagirdin ekskursiyası təşkil edilib.

Qeyd edək ki, hər il mayın 18-i Beynəlxalq Muzey Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (İKOM) 2016-cı ilin bu gününü "Muzeylər və mədəni landşaftlar" mövzusuna həsr edib.


7 il əvvəl