• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müsabiqə qalibləri mükafatlandırılıb

Mayın 20-də ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilən Respublika ifa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin asudə vaxtını səmərəli təşkil etmək, xüsusi istedada malik olan gəncləri üzə çıxarmaq, gənc nəslin milli-mənəvi estetik tərbiyəsini yüksəltməkdən ibarətdir.

Fevralın 1-dən start verilən müsabiqə 3 mərhələdə keçirilib. I mərhələnin  iştirakçıları ilk peşə və orta ixtisas təhsili müəssisələrində yaradılmış münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. II mərhələ - zona mərhələsi respublikanın şəhər və rayonlarında keçirilib. 49 ilk peşə və 33 orta ixtisas təhsili müəssisəsinin qatıldığı bu mərhələ Gəncə, Lənkəran, Qəbələ, Ağcabədi, Şamaxı, Sumqayıt, Şirvan və Bakı şəhərində təşkil edilib. 670 nəfərin iştirak etdiyi zona mərhələsində birinci, Bakı şəhərində isə birinci və ikinci yeri tutan 61 şagird və tələbə respublika mərhələsində iştirak edib. Müsabiqənin respublika mərhələsinə aprelin 28-də yekun vurulub. Respublika mərhələsində 23 nəfər birinci, 12 nəfər ikinci, 18 nəfər üçüncü yeri qazanıb.

             Müsabiqə mahnı, təsnif və xalq mahnıları, şeir və rəqs olmaqla, 4 nominasiya üzrə keçirilib.

             Qaliblərin seçilməsində şəffaflığı təmin etmək üçün hər nominasiya üzrə tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb.

Qaliblər Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

 


7 il əvvəl