• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yeni layihə təqdim olunub

Mayın 19-da “British Council”, Təhsil Nazirliyi və BP Azərbaycan şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində  “İngilis dili müəllimlərinin və icma üzvlərinin ingilis dili bilik və bacarıqlarının artırılması layihəsi”nin təqdimat mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev, Azərbaycanda rəsmi səfərdə olan “British Council”  təşkilatının  regional direktoru Əndi Uilyams, ingilis dili üzrə regional direktoru Cil Koates və BP şirkətinin nümayəndələri iştirak ediblər. 

Qeyd olunub ki, “British Council” tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə bu günə qədər ölkə üzrə 13 rayonu əhatə edən ingilis dili müəllimləri üçün ixtisaslaşdırma təlim proqramı həyata keçirilib.

Növbəti layihə Azərbaycanın neft-qaz boru kəməri keçən qərb regionunda- Ağstafa, Goranboy, Samux, Tovuz və Şəmkirdə baş tutacaq. Bir il müddətində davam edəcək layihə adıçəkilən bölgədə 10 ümumi təhsil müəssisəsindən seçilən 75 ingilis dili müəlliminin, 10-16 yaş qrupunda 500-dən çox məktəblinin,150 nəfər icma üzvünün ingilis dili üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.


7 il əvvəl