• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Yaşıl dağ” aksiyası keçirilib

Mayın 14-də IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi   və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantılarının toplanmasına həsr olunan “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində növbəti “Yaşıl dağ” sosial aksiyası keçirilib.

Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov,Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdulbari Gözəl və IDEA İctimai Birliyinin baş koordinatoru Fərid Cəfərov iştirak edib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, “Yaşıl dağ” sosial aksiyası indiyədək Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində reallaşdırılıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhərindəki ali və ümumi təhsil müəssisələrinin aksiyada fəal iştirak etdiyini, ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunmasında bu layihənin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, IDEA İctimai Birliyinin baş koordinatoru Fərid Cəfərov və digərləri aksiyanın əhəmiyyətindən danışıblar. Bildirilib ki, aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Qeyd olunub ki, təşkilat tərəfindən son 5 ildə 5 milyondan çox ağac əkilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Aksiyada fəal iştirak edən vətəndaşlara 600-ə yaxın şam ağacı paylanılıb.


7 il əvvəl