• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib.

Tədbirdə YAP Nərimanov rayon təşkilatı idarə heyətinin üzvü, təhsil nazirinin müavini Firudin Qurbanov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Təhsil Nazirliyi ərazi ilk partiya təşkilatının sədri, nazirliyin Maliyyə şöbəsinin müdiri Rauf Orucov və nazirliyin əməkdaşları iştirak edib.

Ziyarət zamanı əməkdaşlar Heydər Əliyev Mərkəzinin Muzeyi ilə tanış olublar. Muzeydə ziyarətçilərə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında məlumat verilib, maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlar təqdim olunub.

Ziyarət çərçivəsində keçirilən tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, siyasi sabitliyin təmin edilməsi, ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsi, təhsil, səhiyyə və mədəniyyətin inkişafı, azərbaycançılıq məfkurəsinin formalaşması, milli dövlətçilik arzularının reallaşması baxımından müstəsna xidmətləri barədə danışıb.

Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son illərdə təhsil sahəsində əldə edilmiş nailiyyətlər və nəzərdə tutulan tədbirlər Azərbaycan təhsilinin bundan sonra da davamlı şəkildə inkişaf edəcəyinə zəmin yaradır.

Sonra Təhsil Nazirliyinin YAP-a üzv olmaq üçün ərizə vermiş 13 əməkdaşının ərizələrinə baxılıb və onların müraciəti müsbət cavablandırılıb.


7 il əvvəl