• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SES Proqramı ekspertinin iştirakı ilə seminarlar keçirilib

Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının SES Proqramının eksperti Yoahim  Fantkullerin iştirakı ilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzində seminarlar keçirilib.

Seminarların keçirilməsində məqsəd uşaq və yeniyetmələr üçün “Ailə turizmi”, “Yaşıl turizm” və “Aqrar turizm” üzrə təhsil proqramlarının hazırlanması, pedaqoji heyətin işinin təkmilləşdirilməsi, yeni kadrların hazırlanmasıdır. 

 Ekspert səfər zamanı Bakı şəhərində fəaliyyət göstərən “Ekoklub”ların, ekoloji və turizm mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olub, əməkdaşlarla birlikdə Qala Tarixi-Etnoqrafik Muzeyində, Qobustan Mədəni-Tarixi Milli Parkında uşaq qrupları üçün maarifləndirmə proqramlarının təşkili ilə maraqlanıb.

Səfər çərçivəsində Y.Fantkuller Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədovla görüşüb. Görüşdə perspektiv əməkdaşlıq məsələləri müzakirə edilib.

SES Proqramının eksperti həmçinin, “Ekoklub”ların I Ekoloji Forumunda iştirak edib, gənc ekoloqların təqdimatları üzrə müzakirələrə qatılıb. Eləcə də Azərbaycan Turizm və Menecment Universitetində tələbələrlə görüş keçirilib.

Almaniyalı ekspertin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin əməkdaşlarının iştirakı ilə Sumqayıt Şəhər Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin pedaqoji heyətinin, xüsusən gənc kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi məqsədilə təlim seminarı da təşkil olunub.


7 il əvvəl