• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalına yekun vurulub. Bu münasibətlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında konsert proqramı keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələr iştirak edib.

Hər il ənənəvi olaraq təşkil edilən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirilməsində məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirməkdən ibarətdir.

Konsertdə incəsənətin müvafiq janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər çıxış ediblər.

İki mərhələdə keçirilən festivalda 24 ali məktəbdən 1000-dən çox tələbə iştirak edib. Qaliblər xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən seçilib.

Münsiflər heyətinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə rəhbərlik edib. Münsiflər heyətinin tərkibində Təranə Muradova, Baba Vəziroğlu, Nailə Mirməmmədli, Hafiz Quliyev və Samir Cəfərov təmsil olunub. 

Müxtəlif nominasiyalar üzrə keçirilən festivalın qalibləri təşkilatçılar tərəfindən qiymətli hədiyyə və diplomla təltif ediləcəkdir.

 


7 il əvvəl