03.05.2016

Müəllimlərin yerdəyişməsi üzrə müsabiqə

Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə müsabiqə elan edib.

Müsabiqə 3 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər 3-10 may 2016-cı il tarixlərində www.miq.edu.az/baku səhifəsi vasitəsilə elektron qaydada qeydiyyatdan keçə bilərlər.

ELAN

 


Açar sözlər: