• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təbiətin sehrli rəngləri” adlı rəsm sərgisi keçirilib

Mayın 2-də Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Təbiətin sehrli rəngləri” adlı sərginin açılış mərasimi keçirilib.

Sərginin keçirilməsində əsas məqsəd tədris ili ərzində görülən işlərin  yekun hesabatını təqdim etməkdən, təbiət və onun mühafizəsi mövzusunun təbliğindən ibarətdir. Heyvanların yaşayış tərzi və mühafizəsinə dair maarifləndirmə, insan fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanı göstərmək, həmçinin, bütün dünyada qeyd olunan Quşların Mühafizəsi Günü, Beynəlxalq Yer Günü, Ətraf Mühitin Mühafizəsi Günü, Ağac Günü kimi ekoloji tədbirlərə şagirdlərin diqqətini yönəltmək də sərginin əsas hədəfləri sırasındadır.

Sərgidə 5-16 yaş uşaq və gənclərin rəngkarlıq, qrafika, aplikasiya, kollaj, vitraj və ipək parça üzərində rəsm – batika texnikalarında işlədikləri 140-a yaxın rəsm və əl işləri nümayiş olunub. Batika texnikasında yaradılmış quşların təsviri dərnək üzvlərinin geyimlərində nümayiş etdirilib.

Sərgidə rəsm və əl işləri ilə yanaşı dərnək üzvlərinin iştirakı ilə  sərginin mövzusunu əhatə edən intellektual və əyləncəli oyunlar, musiqili proqram da təqdim olunub.

  Sərgi iştirakçıları müxtəlif  hədiyyələr və diplomlarla təltif olunublar.


7 il əvvəl