03.05.2016

Respublika şahmat festivalının qalibləri təltif olunub

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Respublika şahmat festivalı başa çatıb.

Təhsil Nazirliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə şahmat fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən festivalda 400-ə qədər şagird mübarizə aparıb. Festivalda komanda yarışları üzrə 1-ci yeri Ucar rayonu, 2-ci yeri Bakı şəhəri Nərimanov rayonu, 3-cü yeri isə Mingəçevir şəhərinin komandası tutub.

Festivalın komanda, sinif və şəxsi yarışlar üzrə qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunub.


Açar sözlər: ,