• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri YUNESKO-nun Baş direktorunun təhsil üzrə müavini ilə görüşüb

Aprelin 26-da təhsil naziri Mikayıl Cabbarov BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən YUNESKO-nun Baş direktorunun təhsil üzrə müavini Qian Tanq ilə görüşüb.

Görüşdə Azərbaycan və YUNESKO arasında əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun bu  əməkdaşlığa verdiyi dəstək xüsusi vurğulanıb.

Müzakirələr zamanı Q.Tanq tərəfindən Azərbaycanda Peşə Təhsili Agentliyinin yaradılması yüksək qiymətləndirilib.

Eyni zamanda, görüşdə təhsilin ekstremizmlə mübarizədə rolu barədə danışılıb.

Daha sonra tərəflər Azərbaycan və YUNESKO arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətini və inkişafı perspektivlərini müzakirə ediblər.


7 il əvvəl