“Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərslər
Aprelin 28-də Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə Abşeron rayonu Xırdalan şəhər 2 və 3 nömrəli tam orta məktəblərdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərsləri tədris olunacaq.
“Hərb tariximiz. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və inkişafı” mövzusunda birinci dərs Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə, “Mühəndis maneələri” mövzusunda ikinci dərs isə Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə keçiriləcək.
Sonra 3 nömrəli tam orta məktəbdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənninə həsr olunmuş “Dəyirmi masa” təşkil ediləcək.
Tədbirdə Abşeron rayonunun ümumi təhsil məktəblərinin direktorları, hərbi rəhbərlər, Abşeron Rayon İcra Hakimiyyətinin, Sumqayıt şəhərinin ümumi təhsil məktəblərinin və digər qurumların nümayəndələri iştirak edəcəklər.
8 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30