• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Formula 1” Avropa Qran-Prisinə həsr olunmuş yarış

Bakı şəhərində keçiriləcək “Formula 1” Avropa Qran-Prisinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir.

    Təhsil Nazirliyinin dəstəyi, müvafiq federasiyaların tərəfdaşlığı və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılan yarışın ilk günündə Qaradağ, Xətai, Nəsimi, Yasamal, Nərimanov rayonlarının ümumi təhsil məktəbləri arasında basketbol, atletika və veloidman üzrə qarşılaşmalar baş tutub. Hər rayon üzrə birinci yeri tutan komanda final mərhələsinə vəsiqə qazanıb.


7 il əvvəl